Emil Balayevin durumu nə yerdədir? - AÇIQLAMA

Emil Balayevin durumu nə yerdədir? - AÇIQLAMA

Martın əvvəlində "Qarabağ"dan ayrılaraq Qazaxıstan "Turan"ına keçən, lakin zədə səbəbindən hələ də debütü yubanan Emil Balayevin durumuna aydınlıq gəlib.

Türküstan təmsilçisinin məşqçisi, həmyerlimiz Vaqif Cavadovun Fanat.Az-a verdiyi məlumata görə, qolkiper müalicəsi Bakıda davam etdirir:

"Emil hazırda Azərbaycandadır. Zədəsi var, ona görə komandadan ayrı düşüb. Ancaq yaxın günlərdə bura qayıdacaq. Hər şey yaxşıdır. Tezliklə onu "Turan"da görəcəksiniz".

Qeyd edək ki, qasıq nahiyəsindəki yırtıqdan əziyyət çəkən Balayev dekabrda Almaniyada cərrah masasına uzanıb.   Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər