Emil Balayevin baş məşqçisi qovuldu

Emil Balayevin baş məşqçisi qovuldu
Milli komandamızın qapıçısı Emil Balayevin çıxış etdiyi "Tobol"un baş məşqçisi Vladimir Qazzayev istefaya göndərilib.
Fanat.Az xəbər verir ki, bu barədə Qazaxıstan klubunun rəsmi saytı məlumat yayıb. Rusiyalı mütəxəssislə yanaşı, köməkçisi Nikolay Latış da qovulub.
Qeyd edək ki, bu qərara səbəb komandanın Avropa Liqasının I təsnifat mərhələsində Lüksemburq "Jeness"inə uduzaraq, mübarizəni dayandırması göstərilir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər