Almaniya Bundesliqasında XXIII turunun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Emil Balayevin çıxış etdiyi "Ayntraxt" "Hamburq"u qəbul edib.
Oyun Frankfurt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Emil Balayevin adı yenə iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, "Ayntraxt" 23 turdan sonra 31 xalla 8-ci pillədə qərarlaşıb.
Fanat.az