Emil Balayevi "Ayntraxt"a kim aparıb?

Emil Balayevi "Ayntraxt"a kim aparıb?
Emil Balayevi Almaniyanın "Ayntraxt" klubuna millimizin sabiq məşqçiləri - Uli Ştayn və Volfqanq Rolf məsləhət görüb. Fanat.az xəbər verir ki, bu barədə Almaniya mətbuatına Frankfurt təmsilçisinin qapıçılarla işləyən məşqçisi Mikael Kraft məlumat verib.
“Emil Balayevi Azərbaycan millisində işləmiş məşqçilər Uli Ştayn və Volfqanq Rolffla məsləhətləşdikdən sonra bura dəvət etdik. Hələ 2-3 həftə burada məşq edəcək və ondan sonra nəsə demək mümkündü. Gənc qapıçıdı və biz onu yoxlayacağıq. Nə olacağıq isə yoxlanışlardan sonra bilinəcək. İndi isə biz onunla məşğuluq" deyə Kraft bildirib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər