Emil Balayevi "Bude-Qlimt"dən ayrıldı - SƏBƏB

Emil Balayevi "Bude-Qlimt"dən ayrıldı - SƏBƏB
Azərbaycan millisinin qapıçısı Emil Balayevin "Bude-Qlimt"lə anlaşmamasının təfərrüatları müəyyənləşib.
Apasport.az saytının əldə etdiyi məlumata görə, tərəflərin ortaq məxrəcə gələ bilməməsinin səbəbi maliyyə olmayıb.
Məsələ burasındadır ki, Norveç təmsilçisi ilk olaraq aylıq 3500 avro təklif etsə də, qolkiper buna razılıq verməyib. Lakin qısa müddət sonra "Bude-Qlimt"in 5000 avroluq ikinci təklifini müsbət cavablandıran Balayev Norveçə yollanıb. Ancaq bir şərtlə: baxışdan uğurla keçməli idi. Budelilərin düşərgəsinə qoşulan 26 yaşlı qapıçı ikitərəfli oyunda da sınanıb.
Lakin Emil norveçlilərlə müqavilə bağlamadan qayıdıb. Onun keçidinin baş tutmamasının səbəbi açıqlanmasa da, bu, maliyyə ilə bağlı olmayıb. İndi yalnız iki variant qalır: ya müqavilənin digər şərtlərində razılıq əldə olunmayıb, ya da Balayev baxışdan uğurla keçməyib.
Qeyd edək ki, qış fasiləsində "Tobol"dan ayrılan Emil Balayev hazırda azad agent statusuna malikdir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər