Emil Balayev yenə ən yaxşılar sırasında

Emil Balayev yenə ən yaxşılar sırasında
"Tobol"da çıxış edən millimizin qapıçısı Emil Balayev Qazaxıstan çempionatının XVI turunda "Jetısu" ilə  keçirilən görüşün (1:0) ən yaxşı futbolçularından biri seçilib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, "Instat”ın təhlilinə görə, matçda qapısını toxunulmaz saxlayan 24 yaşlı qolkiper komandasının ən yaxşı üçüncü oyunçusu olub. Onun çıxışı 278  xalla qiymətləndirilib. Balayevin ötürmələrinin 70 faizinin dəqiq olduğu bildirilib.
"Jetısu" ilə görüşdə birinci qolun müəllifi Fernander Kassay 1-ci (297 xal) , Nika Kvekveskiri 2-ci (290 xal) olub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər