Emil Balayev: "Uğursuzluq sindromu başa çatdı"

Emil Balayev: "Uğursuzluq sindromu başa çatdı"
"Nəhayət ki, uğursuzluq sindromu başa çatdı. Xeyli müddət idi xal qazana bilmirdik". 
Fanat.Az xəbər verir ki, bu sözləri "Tobol"un qapıçısı Emil Balayev deyib.
Azərbaycan millisinin üzvü komandasının Qazaxıstan Premyer Liqasının XXI turunda səfərdə "Atırau"ya 1:0 hesabı ilə qalib gəldiyi oyunu şərh edib: "Bu oyuna ciddi hazırlaşmışdıq. "Tobol" üçün üç xal vacib idi. Fədakar davrandıq, futbolçular meydanda vuruşdular. İkinci hissədə qol epizodları oldu. Bundan yararlanmalı idik. O zaman oyunun sonluğu daha asan alınardı. Rəqib getdikcə təzyiqi artırmağa çalışırdı, biz isə əks-hücumlarla cavablarını  verirdik. İstənilən halda bu, minimumdu. Ancaq bu qələbə psixoloji baxımdan önəmlidi".
Qeyd edək ki, 21 turdan sonra "Tobol" 42 xalla turnir cədvəlinə başçılıq edir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər