Emil Balayev üçün şad xəbər

Emil Balayev üçün şad xəbər

Emil Balayevin çıxış etdiyi "Ayntraxt"da ayrılıq baş verib. Fanat.az xəbər verir ki, Frankfurt təmsilçisi əsas qapıçısı Timo Hildebrandla yollarını ayırıb.

 

ABŞ-dan təklif almasına baxmayaraq, mövsümün sonuna qədər komandada qalacağı bildirilən 35 yaşlı qolkiperə baş məşqçi Tomas Şaaf ehtiyac duymadığını açıqlayıb. Məhz bu səbəbdən Hildebrandın müqaviləsinə xitam verilib. Baş məşqçi bundan sonra bir nömrəli qapıçı kimi Kevin Trappa etibar edəcək. Feliks Vidvald ikinci, həmyerlimiz Emil Balayev isə üçüncü qapıçı kimi öz şansını gözləyəcək.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər