Qazaxıstanın "Turan" klubu Azərbaycan millisinin qapıçısı Emil Balayevlə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, məlumatı klubun rəsmi “İnstagram” səhifəsi yayıb.
28 yaşlı futbolçunun müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
Qeyd edək ki, Emil Balayev martın əvvəlində Qazaxıstan təmsilçisi ilə sözləşmə imzalamışdı.