Emil Balayev "Turan"da debüt etdi

Emil Balayev "Turan"da debüt etdi

Qazaxıstan Premyer Liqasında 11-ci turun görüşləri keçirilir.

Fanat.Az xəbər verir ki, millimizin qapıçısı Emil Balayevin şərəfini qoruduğu  "Turan" səfərdə "Aksu" ilə qarşılaşıb.

"Turan"ın 0:2 hesabı ilə uduzduğu matç Emil üçün əlamətdar olub. Belə ki, Balayev Qazaxıstan klubunun heyətində ilk oyununa çıxıb. Milli qapıçımız meydanda 90 dəqiqə mübarizə aparıb. 

Qeyd edək ki, "Turan" ölkə çempionatında 11 xalla 14 komanda arasında 12-ci pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər