Almaniya Bundesliqasında XXVIII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin çıxış etdiyi "Ayntraxt" səfərdə meydana çıxıb.
Frankfurt təmsilçisi "Bavariya"nın qonağı olub. Matç futbolçumuzun klubunun 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Emilin adı bu dəfə də iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Ayntraxt" 28 turdan sonra 35 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Fanat.az