Millimizin qapıçısı Emil Balayev məşqlərini bərpa edib.
Çənəsindən zədə alan Emilin durumu yaxşılaşıb və hazırda məşq etməsinə heç bir əngəl qalmayıb. O, BƏƏ-nin Abu-Dabi şəhərində təlim-məşq toplanışı keçirən "Ayntraxt"ın düşərgəsinə qoşulub. Amma hələ ki, həkimlər ona qoruyucu maskadan istifadə etməyə məsləhət görür. Buna uyğun olaraq həmyerlimiz məşqlər zamanı maskadan istifadə edir.(Sport7.az)
Fanat.az