Emil Balayev ən yaxşı oldu

Emil Balayev ən yaxşı oldu
Qazaxıstan Premyer Liqasının XXII turunda "Taraz"a 1:0 hesabı ilə qalib gələn "Tobol"un ən yaxşı futbolçuları müəyyənləşib. 
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, "InStat"ın təhlilinə əsasən, Azərbaycan millisinin qapıçısı Emil Balayev yenidən ilk "3-lük"də yer alıb. Qolkiper komandasının ən yaxşı göstəriciyə malik oyunçusu olub. Rəqibin 4 zərbəsini dəf edən 25 yaşlı qapıçı 290 xal toplayıb. 
Onu Aleksandr Kleşenko (250 xal) və Fernander Kassay (240 xal) izləyib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər