Emil Balayev Bundesliqa klubunda - FOTO

Emil Balayev Bundesliqa klubunda - FOTO

Azərbaycanlı qapıçı Emil Balayev Almaniyanın "Ayntraxt" klubunun düşərgəsinə yollanıb. Fanat.Az xəbər verir ki, gənc qolkiper artıq Braunşveyq klubunun düşərgəsində məşqlərə başlayıb.

Bu barədə "Ayntraxt"ın rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, 22 yaşlı azərbaycanlı qapıçı komandanın sıralarına yoxlanışa gəlib və yaxın bir həftə ərzində sınaqdan keçməli olacaq. O, özünü doğruldacağı halda, klubla müqavilə imzalaması istisna edilmir.

Klub saytı Balayevin son olaraq Almaniyanın digər klubu "Ayntraxt"da (Frankfurt) olduğunu da qeyd edib.

"Ayntraxt" təmsilçisinin idman direktoru Mark Arnold isə Emili baxışa dəvət etmələri ilə bağlı bunları söyləyib: "Qarşıdakı həftə ərzində biz onu baxışdan keçirəcəyik. Mümkündü ki, onu heyətə qataq. Çünki bizə əlavə qapıçı almaq lazımdı".

Sonda onu da qeyd edək ki, Braunşveyq "Ayntraxt"ı Almaniyanın 2-ci Bundesliqasında çıxış edir və geridə qalan 4 turda maksimum xal toplayaraq turnir cədvəlində vahid liderdir.

Emil Balayev Bundesliqa klubunda - FOTO

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər