Emil Balayev baş məşqçimsiz qaldı

Emil Balayev baş məşqçimsiz qaldı
Emil Balayevin çıxış etdiyi "Ayntraxt" baş məşqçisiz qalıb. Fanat.az xəbər verir ki, Frankfurt klubu baş məşqçisi Armin Vehlə yollarını ayırıb.
Ötən gün "İnqolştadt"ı qəbul edən "Ayntraxt" 1:1 hesablı heç-heçəyə razılaşıb. Bundesliqanın 25 turundan sonra 24 xalla 16-cı pillədə qərarlaşan komanda aşağı liqaya düşmək təhlükəsi ilə üzləşib.
"İnqolştadt"la oyundan sonra klub Armin Vehlə yollarını ayırdığını açıqlayıb. Yeni baş məşqçi axtarışına başlayan rəhbərlik komandanı müvəqqəti olaraq köməkçi-məşqçi Reyner Qeyerə tapşırıb.
Qeyd edək ki, Emil Balayev "Ayntraxt"da çıxış edir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər