"Ayntraxt" azərbaycanlı qolkiper Emil Balayevlə yolları ayırıb. Fanat.az xəbər verir ki, bu barədə Frankfurt klubunun idman direktoru Brun Hübner məlumat verib.
Bundan əlavə, komandanı Yannik Zummak, Marko Russ, Makoto Hasebe, Soni Kitel, Konstant Cakpa və Ben Hatira da tərk edib.
Qeyd edək ki, 2014-cü ildə "Ayntraxt"a transfer olunan Emil Balayev Frankfurt təmsilçisinin heyətində rəsmi oyunda debüt edə bilməyib.
Fanat.az