Emil Balayev Avroliqa üçün sifariş olundu

Emil Balayev Avroliqa üçün sifariş olundu
Qazaxıstanın "Tobol” klubu Avropa Liqasının I təsnifat mərhələsinin oyunları üçün sifariş ərizəsini UEFA-ya təqdim edib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Kostanay təmsilçisinin Lüksemburqun "Jeness" klubu ilə oyunlar üçün sifariş etdiyi 23 futbolçunun arasında millimizin qapıçısı Emil Balayev də var. 
O, yerli qolkiperlər Sultan Busurmanov və Jasur Narzikulovla rəqabət aparacaq. 
 
Qeyd edək ki, "Tobol”un Lüksemburq təmsilçisi ilə ilk oyunu iyulun 11-i səfərdə, cavab görüşü isə bir həftə sonra Astanada  keçiriləcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər