Almaniyanın "Ayntraxt" klubu növbəti yoxlama matçını keçirib. Fanat.az xəbər verir ki, Frankfurt təmsilçisi "Zolberq"lə qarşılaşıb.
Qarşılaşma 6:0 hesabıyla Bundesliqa klubunun xeyrinə başa çatıb. Bu oyunda Azərbaycan yığmasının qapıçısı Emil Balayev 90 dəqiqə meydanda olub və növbəti dəfə qol buraxmayıb.
Maraqlıdı ki, bu oyunda vurulan qollardan birini Emilin rəqabət apardığı əsas qapıçı Kevin Trapp vurub.
Fanat.az