Qazaxıstanın "Tobol" klubunda çıxış edən Emil Balayev Premyer Liqada 429 dəqiqədi qol buraxmır.
Fanat.Az xəbər verir ki, millimizin üzvü XXIV turun "Atırau" ilə oyununda (2:0) da qapısını toxunulmaz saxlayıb. 25 yaşlı qolkiper sonuncu dəfə iyulun 28-də "Kaysar"la görüşdə qol buraxıb. O, bu göstəricidə hazırda ilk pillədə qərarlaşıb.
Qeyd edək ki, bu mövsümün rekordu da məhz Eemil Balayevə məxsusdu. O, 683 dəqiqə qapısına toxunulmaz saxlamışdı.
Fanat.Az