Emeri "Sevilya"dan getdi, yeni baş məşqçi bəllidi

Emeri "Sevilya"dan getdi, yeni baş məşqçi bəllidi

"Sevilya" baş məşqçisi Unai Emeri ilə yollarını ayırıb. Fanat.az xəbər verir ki, bu barədə məlumatı klubun rəsmi saytı yayıb.

Yayılan məlumata görə, tərəflər arasında müqavilə qarşılıqlı razılıq əsasında pozulub. Artıq yeni baş məşqçinin kimliyinə də demək olar ki, aydınlıq gəlib. Belə ki, klub argentinalı Xorxe Sampaoli ilə görüşdüklərini rəsmən ictimaiyyətə açıqlayıb. Onun sonuncu iş yeri Çilli millisi olub.

Qeyd edək ki, Emeri "Sevilya"ya 2013-cü ildən başçılıq edir. Bu müddət ərzində o, 3 dəfə ardıcıl olaraq Avropa Liqasını qazanıb.

Emeri "Sevilya"dan getdi, yeni baş məşqçi bəllidi

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər