"Sevilya"nın baş məşqçisi Unai Emeri UEFA Superkuboku uğrunda görüş haqda fikirlərini bölüşüb. Fanat.az xəbər verir ki, İspaniya təmsilçisinin baş məşqçisi "Real"la öyun öncəsi iddialı danışıb.
Avropa Liqasını qazanaraq Superkubok uğrunda mübarizə aparmaq hüququ əldə edən klubun baş məşqçisi "Kral klubu"nu məğlub edəcəklərinə inandığını ifadə edib: "Superkuboka biz layiqik. Yeganə məqsədimiz qalib gəlməkdi. Bu fürsətdən istifadə edib bütün Sevilya sakinlərinə qələbə bəxş etmək istəyirik. "Real"ın heyətində kimin oynayacağı barədə düşünmürəm. Onların sıralarında ən yaxşılar meydanda olacaq. Ronaldo qaydadadısa, deməli, meydanda olacaq. Hətta az məşq etmiş Kroos da bizə qarşı oynaya bilər. Onları saxlamağa hazırıq".
Qeyd edək ki, "Sevilya" - "Real" qarşılaşması bu axşam Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
Fanat.az