"Arsenal"ın sabiq baş məşqçisi Unay Emeri karyerasını İtaliyada davam etdirə bilər.
Fanat.Az jurnalist Nikolo Skiranın "Twitter" hesabına istinadən xəbər verir ki, "Fiorentina" Emerinin xidmətində maraqlıdı. "Bənövşəyilər"in rəhbərliyi artıq 48 yaşlı mütəxəssislə danışıqlara başlayıb.
Emeri "Arsenal"la yanaşı, "Valensiya", "Spartak", "Sevilya" və PSJ kimi klublarda işləyib.
29 turdan sonra "Fiorentina" İtaliya A Seriyasında 13-cü sırada qərarlaşıb. Komandanı Cuzeppe Yakini çalışdırır.
Fanat.Az