Əməkhaqqının azaldılmasına razı olmayan baş məşqçi qovuldu

Əməkhaqqının azaldılmasına razı olmayan baş məşqçi qovuldu
Zaqreb "Dinamo”sunun baş məşqçisi Nenad Belitsa postundan uzaqlaşdırılıb.
 
Fanat.Az xəbər verir ki, klubun saytında 48 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilib. 
 
Xorvatiya mətbuatında isə Belitsanın və köməkçilərinin maaşlarının azaldılmasına razı olmadıqları üçün qovulduqları vurğulanıb. 
2018-ci ildən "Dinamo”nu çalışdıran Belitsa 2 dəfə Xorvatiya çempionluğunu, bir dəfə isə ölkə kubokunu qazanıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər