Elxan Məmmədov UEFA-nın işini yoxlayacaq

Elxan Məmmədov UEFA-nın işini yoxlayacaq
UEFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında bir sıra qərarlar qəbul olunub. Fanat.az xəbər verir ki, İdarəetmə və Audit Komitəsinin tərkibi müəyyənləşib. 
Qitə futbol qurumu rəhbərliyinin bu məsələ ilə bağlı təklifi İcraiyyə Komitəsində geniş müzakirə olunub və üç ölkənin - Azərbaycan, Avstriya və Finlandiya Futbol Federasiyasının nümayəndəsi komitəyə üzv seçilib. 
AFFA-nın baş katibi Elxan Məmmədovun da təmsil olunduğu komitənin işi UEFA-nın ayrı-ayrı sahələr üzrə fəaliyyətini, o cümlədən maliyyə məsələlərini audit edəcək, qərarların icrasını və effektivliyini mütəmadi olaraq araşdırmaqla UEFA rəhbərliyinə hesabatlar hazırlayacaq. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər