Elxan Məmmədov Tovuzdan sonra Şəkiyə üz tutdu

Elxan Məmmədov Tovuzdan sonra Şəkiyə üz tutdu

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Şəki şəhərinə səfərə gedib.

Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Məmmədov səfər çərçivəsində Şəkidə müxtəlif yaş qruplarından ibarət komandalarda məşq edən uşaqlarla görüşüb, onlara AFFA-nın adından oyun geyimləri və top təqdim edib.

İcraçı vitse-prezident uşaqlarla söhbətləşib, növbəti həftə liqalarda iştirak edəcək oyunçulara uğurlar arzulayıb.

Görüşün sonunda simvolik olaraq oyun keçirilib. Qeyd edək ki, AFFA-nın vitse-prezidenti dünən Tovuza səfər etmişdi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər