AFFA Reynaldonu milliləşdirmək üçün danışıqlara başlayır. Fanat.az xəbər verir ki, bu barədə qurumun baş katibi Elxan Məmmədov məlumat verib.
Baş katib jurnalistlərə açıqlamasında bildirib ki, Reynaldo ilə sentyabrın 18-də keçiriləcək "Qarabağ" - "Sent-Etyen" oyunundan əvvəl danışıqlar aparacaqlar: "Bir azarkeş kimi mən də Reynaldonu millimizdə görmək istərdim. Amma biz öncədən qərar vermişik ki, yığmamızda azərbaycanlı futbolçular çıxış etməlidi. FIFA-nın qaydaları var və ona əməl etmək lazımdı. Milliləşdirilən futbolçu ən azı 5 il həmin ölkədə çıxış etməlidi. Hər şeyə FIFA qərar verəcək. Bu barədə FIFA-ya müraciət edəcəyik. Reynaldo və “Qarabağ”la danışacağıq. Ola bilər ki, Reynaldo başqa xarici klubda oynasın və Azərbaycan millisinə sonradan gəlməsin. Bu məsələləri onunla dəqiqləşdirmək lazımdı".
Fanat.az