Elxan Məmmədov Lənkəranda

Elxan Məmmədov Lənkəranda

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bölgələrə səfərini davam etdirir.

Fanat.Az xəbər verir ki, Məmmədov bu gün Lənkəran şəhərinə yollanıb.

Futbol veteranları Samir Əliyev və Vüqar Nadirovun da iştirak etdiyi səfər çərçivəsində Lənkəranda fəaliyyət göstərən müxtəlif aşağı yaş qruplarından ibarət komandaların üzvləri ilə Olimpiya İdman Kompleksinin meydanında görüş keçirilib, onlara AFFA-nın adından futbol geyimləri və toplar təqdim edib. 

İcraçı vitse-prezident uşaqlarla söhbətləşib, liqalarda iştirak edəcək oyunçulara uğurlar arzulayıb. Görüşün sonunda uşaq komandalarının üzvlərinin, məşqçilərin, Elxan Məmmədov, Samir Əliyev və Vüqar Nadirovun iştirakı ilə simvolik olaraq oyun keçirilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər