Elşən Abdullayevin yeni mövsümdə harada oynayacağı dəqiqləşdi

Elşən Abdullayevin yeni mövsümdə harada oynayacağı dəqiqləşdi

Erkən gənclik illərində ölkə futbolunun ən perpektivli futbolçularından sayılan Elşən Abdullayevin yeni mövsümə harada başlayacağı bəlli olub.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, 32 yaşlı hücumameyilli yarımmüdafiəçi qarşıdakı "futbol ili"ndə 1-ci Liqada top qovacaq.

Belə ki, Elşən ötən mövsüm formasını geyindiyi "Baku Sportinq"də qalacaq. O, artıq Buzovna təmsilçisi ilə müqavilə yeniləyib.

Xatırladaq ki, "Baku Sportinq"in çalışdırıcısı Röyal Nəcəfov mövsüm başa çatandan sonra postunu tərk edib. Komanda daha öncə köməkçi məşqçi qismində fəaliyyət göstərən Samir Ələkbərova tapşırılıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər