Azərbaycan Autizm Assosiyasının rəhbərliyi Türkiyədə daha bir görüş keçirib.
Fanat.Az xəbər verir ki, Ankaraya işgüzar səfər edən Azərbaycan Autizm Assosiyasının sədri Elnur Məmmədli və bu təşkilatın bölgə təmsilçisi Rauf Rüstəmov Türkiyə Bocce Federasiyanın baş katibi Eren Öztürklə görüşüblər.
Tərəflər birgə fəaliyyət haqqında müzakirələr aparıb, iki təşkilat arasında davamlı işlərin icrası barədə danışıblar.
Xatırladaq ki, səfər çərçivəsində Azərbaycan Autizm Assosiasiyasının sədri Elnur Məmmədli Anadolu Autizm Vakfının rəhbəri Nüvit Uyarla görüşüb.