Elnur Allahverdiyev "Xəzər Lənkəran"dan qovulub?

Elnur Allahverdiyev "Xəzər Lənkəran"dan qovulub?
"Xəzər Lənkəran" millinin futbolçusu Elnur Allahverdiyevlə yolları ayırıb. Fanat.az xəbər verir ki, bu barədə anspress.com saytı məlumat yayıb.
Məlumatda deyilir ki, dünya çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə İsraillə qarşılacaq Azərbaycan millisinin düşərgəsinə olan Allahverdiyev “Qəbələ” - “Xəzər Lənkəran” oyunundan sonra cənub klubundan qovulub. Klubdakı mənbələrdən verilən məlumata görə, Elnurun qovulmasını baş məşqçi Con Toşak istəyib. Bu barədə rəsmi məlumatın sentyabrın 7-də keçiriləcək İsrail - Azərbaycan oyunundan sonra veriləcəyi bildirilir. Məlumata görə, Toşak Allahverdiyevin əvəzinə "Malaqa"nın sabiq futbolşusu Antonio Benitesi transfer etmək niyyətindədi.
Məlumatı dəqiqləşdirmək üçün "Xəzər Lənkəran"ın mətbuat katibi Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq. Lakin klub rəsmisi xəbəri təkzib etdi: "Belə bir şey yoxdu. Qovulsaydı, məlumat verərdik. Elnur hazırda milli komandanın düşərgəsindədi".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər