Elnur Abdullayevin yeni komandası bəlli oldu

Elnur Abdullayevin yeni komandası bəlli oldu

“Səbail”in U-13 komandasının baş məşqçisi Mahmud Əhmədov "Neftçi"nin müvafiq yaş qrupunu çalışdıracaq.

Fanat.Az xəbər verir ki, artıq Əhmədovu Bayıl klubunda əvəz edəcək baş məşqçi müəyyənləşib.

“Səbail”də bu post Elnur Abdullayevə həvalə olunub. Noyabrda “dənizçilər”in U-14 komandasına köməkçi məşqçi təyin olunan sabiq futbolçu hazırda AFFA-nın "C" kateqoriyalı məşqçi kursunda iştirak edir.

Elnur Abdullayev futbolçu karyerası dönəmində “Turan”, “Neftçi”, “Bakı”, “Olimpik”, “Muğan”, “Xəzər Lənkəran”, “Simurq”, “İnter” (indiki “Keşlə”) və “Sumqayıt”da forma geyinib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər