Elnur Abdullayevin 300-cü oyunu

Elnur Abdullayevin 300-cü oyunu

Topaz Premyer Liqasının XII turu “İnter”in futbolçusu Elnur Abdullayev üçün yubileylə əlamətdar olub.

Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Azərbaycan çempionatlarında 300-cü oyununu keçirib. Yarışda ilk matçını 2001/02 mövsümündə keçirən Abdullayev bu müddətdə 18 qol vurmağı bacarıb. AZAL-la ev oyunundakı (3:0) yubileyi “İnter”in heyətində qeyd edən futbolçu bu klubadək “Turan”, “Bakı” (həm “Dinamo”, həm də “Bakı” adlandığı vaxt), “Neftçi”, AZAL (“Olimpik” adlandığı vaxt), “Muğan”, “Xəzər Lənkəran”, “Simurq”da da çıxış edib.

300-ə 8-ci klubunda çatan yarımmüdafiəçi ölkə çempionatları tarixində ən azı bu qədər matç keçirən 16-cı futbolçu olub. Elnuradək yalnız 15 oyunçu “300”ü arxada qoyub.

mövsümkluboyunqol

2001/02Turan (Tovuz)10

2003/04Dinamo (Bakı)51

2003/04Neftçi (Bakı)20

2004/05Bakı201

2005/06Olimpik (Bakı)120

2005/06Bakı40

2006/07Bakı210

2007/08Bakı191

2008/09Muğan (Salyan)121

2009/10Muğan (Salyan)301

2010/11Muğan (Salyan)180

2010/11Xəzər Lənkəran112

2011/12Xəzər Lənkəran281

2012/13Xəzər Lənkəran262

2013/14Xəzər Lənkəran344

2014/15Xəzər Lənkəran141

2014/15Simurq (Zaqatala)131

2015/16İnter (Bakı)222

2016/17İnter (Bakı)80

 Cəmi30018

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər