Elnur Abdullayev oyuna hazırdı

Elnur Abdullayev oyuna hazırdı
Ölkə çempionatının XVI turunda "Neftçi”ni məğlubiyyətə uğradan "Sumqayıt” iki günlük istirahətin ardından məşqləri bərpa edib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, komanda Samir Abasovun rəhbərliyi altında saat 11:00-da məşqə çıxıb.
Məşqin ilk yarısını fitness zalında hazırlaşan futbolçular ikinci yarıda meydançada toplu çalışmalar ediblər.
Bərpa prosesini tamamlayan Elnur Abdullayev sabiq klubu ilə oyundan öncə kollektivə qoşulub. Bundan başqa əvəzedici heyətin bir neçə futbolçusu da hazırlıq prosesinə cəlb olunub.
Qeyd edək ki, "Keşlə” – "Sumqayıt” qarşılaşması fevralın 25-də keçiriləcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər