Elmar Baxşıyevin istefaya göndərildiyi təsdiqləndi

Elmar Baxşıyevin istefaya göndərildiyi təsdiqləndi

"Araz-Naxçıvan" baş məşqçisi Elmar Baxşıyevlə əməkdaşlığa son qoyub.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, tərəflər bu gün yollarını ayırıblar.

Rəhbərlik qarşısına avrokuboklara vəsiqə tələbi qoyulan mütəxəssisin komandanı hədəflərinə çatdıracağına inanmadığı üçün belə bir addım atmaq qərarına gəlib.

Klubun mətbuat xidməti xəbəri təsdiqləyib.

Qeyd edək ki, hazırda 26 xalı olan Naxçıvan təmsilçisi Misli Premyer Liqasının turnir cədvəlində 6-cı pillədə mövqe tutub.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər