Elmar Baxşıyev "Şamaxı" üzərində qələbəni şərh etdi

Elmar Baxşıyev "Şamaxı" üzərində qələbəni şərh etdi

"Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 10-cu turunda “Şamaxı”ya 1:0 hesabı ilə qalib gəldikləri oyun barədə fikirlərini bölüşüb. Fanat.Az xəbər verir ki, 44 yaşlı mütəxəssis Şamaxıdakı matçı belə dəyərləndirib: "Bilirdik ağır oyun olacaq. "Şamaxı" yeni komanda olsa da, çempionata rəng qatan, rəqiblərə başağrı ola bilın komandadır. Ayxan müəllim yaxşı kollektiv formalaşdırıb. Yaxşı mübarizə aparıb 3 xal qazandığımız üçün sevinirik. Meza Kolli keyfiyyətli futbolçudur, onunla yayda müqavilə bağlamaq istəyirik. Onun komandanın gücünə güc qatacağına inanıram. İkinci hissədə meydana buraxdığımız Mustafanın artıq ikinci oyunudur. Onu Azərbaycan futboluna qazandırmaq istəyirik. Ümumiyyətlə, həm nəticəni düşünürük, həm də gənclərə şans verməyə çalışırıq". Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər