Əliyevin komandası baş məşqçisi ilə vidalaşdı

Əliyevin komandası baş məşqçisi ilə vidalaşdı

Rusiyanın "Arsenal" (Tula) komandasının baş məşqçisi Oleq Kononov istefaya göndərilib.

Fanat.Az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.

Belaruslu mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Ona xidmətlərinə görə təşəkkür edən klub, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Oleq Kononov 2022-ci ilin iyun ayından Tula təmsilçisinə başçılıq edirdi. O, bu komandanı cəmi 21 oyuna çıxarıb. Tulalılar bu görüşlərdə 9 qələbə qazanıblar, 5 heç-heçə və 7 məğlubiyyət görüblər.

“Arsenal” bu mövsümün geridə qalan hissəsində 20 oyuna topladığı 32 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

“Arsenal”da Azərbaycanın U-21 yığmasının sabiq hücumçusu Kamran Əliyev də forma geyinir. Lakin onun bu qış fasiləsində “Sumqayıt”a keçməsi gözlənilir. Hazırda o, məhz bu klubun düşərgəsində, Antalyada təlim-məşq toplanışındadır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər