Əliyev "Qalatasaray"ın sabiq baş məşqçisi ilə görüşdü

Əliyev "Qalatasaray"ın sabiq baş məşqçisi ilə görüşdü

Futbol üzrə Azərbaycan I Divizionunda və Naxçıvanda keçirilən "Heydər Əliyev kuboku"nda mübarizəni başa vurduqdan sonra Mərkəzi Ordu İdman Klubunun futbol komandası istirahətə çəkilib.

Fanat.az xəbər verir ki, klub rəhbərliyi hələ də iş başındadı.

Belə ki, MOİK-in vitse-prezidenti Ramil Əliyev Türkiyəyə işgüzar səfərə yollanıb. Əliyev dünəndən artıq qardaş ölkədədir. O, fürsətdən istifadə edərək artıq Türkiyədə azərbaycanlı futbolsevərlərə yaxından tanış olan sima ilə də görüşüb. Səfər zamanı R.Əliyev Cevat Gülərlə bir araya gəlib. Onlar Azərbaycan futbolunun hazırkı durumu, görülməli işlərdən və ümumi futbol məsələləri üzrə fikir mübadiləsi aparıb.

Qeyd edək ki, "Qalatasaray” və "Ordusupor”da baş məşqçi olmuş C.Gülər ölkəmizdə "Rəvan”dakı fəaliyyəti ilə diqqət çəkib. 2012/13 mövsümünün startına Bakı klubu məhz onun rəhbərliyi altında başlayıb. Amma Premyer Liqada 4 oyundan sonra güclü rəqiblərdən alınmış 3 xal və cəmi 1 məğlubiyyət fonunda klub rəhbərliyi onu istefaya göndərib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər