Əliyev medalın bir addımlığında qaldı

Əliyev medalın bir addımlığında qaldı

Azərbaycan gimnastı Tofiq Əliyev Bakıda keçirilən batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışlarını dördüncü pillədə başa vurub.

Fanat.Az xəbər verir ki, 17-21 yaş kateqoriyasında mübarizə aparan tamblinqçimizin final çıxışı 35.000 balla qiymətləndirilib.

Yarışın qalibi 36.200 balla Rusiya gimnastı İqor Şikunov olub. Danimarkalı Mads Hansen 35.500 balla gümüş, ABŞ idmançısı Dominik Dümas 35.400 balla bürünc medala sahib çıxıb.

Qeyd edək ki, 32 ölkədən 600-dən çox gimnastın qatıldığı yarışa noyabrın 28-də yekun vurulacaq.

Sahib

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər