Əliyar Ağayevin idarəçiliyi "biabırçılıq" adlandırıldı

Əliyar Ağayevin idarəçiliyi "biabırçılıq" adlandırıldı
Əliyar Ağayevin Avropa Liqasındakı idarəçiliyi narazılıqla qarşılanıb. Fanat.az xəbər verir ki, III təsnifat mərhələsinin “Şaxtyor” (Qazaxıstan) - “Hayduk” (Xorvatiya) matçını idarə edən referinin qərarları etiraza səbəb olub.
Belə ki, Ağayev meydan sahiblərinin 5 futbolçusuna sarı vərəqə göstərib. 78-ci dəqiqədə isə o, "Şaxtyor"un qapısına penalti təyin edib. Referinin bu qərarı narazılığa səbəb olub. Hətta bu zaman matçda bir neçə dəqiqəlik yubanıb. 
Oyundan sonra “Şaxtyor”un baş məşqçisi Viktor Kumıkov Ağayevi tənqid edib: "Mən belə biabırçı hakimlik görməmişdim. O, meydanda çaxnaşma yaratdı. Karyeram ərzində belə biabırçı hakimlik görməmişdim. Hətta Çexiyada bizi sıxanda da bu cür olmamışdı".
 
Qeyd edək ki, oyun "Şaxtyor"un 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər