Avropa Liqasının "Vitoriya" (Portuqaliya) - "Zalsburq" (Avstriya) matçında ilk yaşanıb. Fanat.Az xəbər verir ki, meydan sahiblərinin start heyətində meydana avropalı futbolçu çıxmayıb.
Start heyətindəki 11 futbolçudan 9-u Cənubi Amerikanı, 2-si Afrikanı təmsil edib. Belə ki, meydana Braziliyadan 4, Kolumbiya dan 2, Venesuella, Peru, Uruqvay, Kot-D`İvuar və Qanadan1 futbolçu çıxıb.
Maraqlıdı ki, əvəzetmədən meydana daxil olan futbolçulardan da ikisi - Braziliya və Kape Verdeni təmsil edib. "Vitoriya"nın heyətində oynayan yeganə avropalı - portuqaliyalı Kiko olub. Adı "18-liy"ə xaxil edilmiş 3 portuqaliyalı və 1 braziliyalı ehtiyatda qalib.
İndiyədək avrokuboklarda belə hal baş verməmişdi.
Qeyd edək ki, oyunu azərbaycanlı FIFA referisi Əliyar Ağayev idarə edib.
Fanat.Az