Əliyar Ağayevin briqadasında türkiyəli hakimlər yer alacaq

Əliyar Ağayevin briqadasında türkiyəli hakimlər yer alacaq

Azərbaycanlı FIFA referisi Əliyar Ağayevin idarə edəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin III turundakı “Baçka Topola” (Serbiya) – “Frayburq” (Almaniya) qarşılaşmasına türkiyəli ədalət təmsilçiləri də təyinat alıblar.

Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oyunun VAR hakimləri Alper Ulusoy və Abdulkadir Bitigen olacaq.  Ağayevə laynsmanlar qismində Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 26-da reallaşacaq görüş Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər