Maltada 17 yaşadək futbolçular arasında Avropa çempionatına start verilib. Fanat.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.
Qitə birinciliyinə dəvət olunan Əliyar Ağayev ilk təyinatını alıb. FIFA referimiz Malta - İngiltərə oyununda dördüncü hakim olub. Qarşılaşma ingilimslərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçın baş hakimi latviyalı Aleksandr Anufriyev olub. Ona gürcü David Çiqoqidze və sloveniyalı Yure Praprotnik yardım edib. Hakimlərin işinə isə yunan inspektor Kiros Vassaros qiymət verib.
Qeyd edək ki, 1-ci turun digər oyunlarında Holandiya Türkiyəni (3:2), Portuqaliya Şotlandiyanı (2:0) udub, Almaniya - İsveçrə (1:1) oyununda qalib müəyyənləşməyib.
Fanat.az