Azərbaycanın FİFA referisi Əliyar Ağayev Yunanıstan Super Liqasının oyununa təyinat alıb.
Fanat.Az xəbər verir ki, o, Yunanıstan Futbol Federasiyasının dəvəti ilə çempionluq qrupunda “Panatinaikos” – “Aris” matçını idarə edəcək.
Ağayevə laynsmanlar qismində Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Görüş mayın 1-də baş tutacaq.
Qeyd edək ki, Ağayev və komandası artıq dördüncü dəfədir ki, Yunanıstanın elita matçına təyinat alır. Azərbaycanlı referi son dəfə bu ayın əvvəlində, "Olimpiakos" və AEK arasında keçirilən qarşılaşmanı (1:1) idarə edib.