Əliyar Ağayevə Yunanıstandan növbəti dəvət - Finalı idarə edəcək

Əliyar Ağayevə Yunanıstandan növbəti dəvət - Finalı idarə edəcək

Azərbaycanın FİFA referisi Əliyar Ağayevə Yunanıstandan növbəti dəvət gəlib.  Fanat.Az xəbər verir ki, 35 yaşlı ədalət təmsilçisi bu dəfə II Super Liqasının həlledici oyununa təyinat alıb.

O, “Levadiakos” və “Veriya” komandaları arasındakı cavab matçını idarə edəcək. İlk oyunda “Levadiakos” 1:0 hesablı qələbə qazanıb. Qalib komanda Super Liqaya vəsiqə qazanacaq.

Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.

Qarşılaşma mayın 15-də keçiriləcək. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər