Azərbaycanlı FİFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Superliqasının oyununa təyinat alıb.
Fanat.Az xəbər verir ki, bu barədə sözügedən ölkənin mətbuatı məlumat yayıb.
Xəbərə görə, o, aprelin 4-də 18-ci turda keçiriləcək "Panatinaikos” – PAOK oyununu idarə edəcək.
Bu görüşdə Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli köməklik edəcəklər.
Qeyd edək ki, Əliyar Ağayev və briqadası daha öncə də "Panatinaikos" - PAOK matçını idarə ediblər. Bu, ötən mövsüm fevralın 2-i tarixinə təsadüf edib. Bundan başqa, Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası 2019-cu ilin mart ayında Superliqada PAOK - "Atromitos" matçına da təyinat almışdı.
Fanat.Az