Avropa Liqasının III təsnifat mərhələsində Qazaxıstanda keçirilən "Şaxtyor" - "Xayduk" (Xorvatiya) görüşündən sonra meydan sahibləri azərbaycanlı FİFA referisi Əliyar Ağayevin idarəçiliyini "biabırçılıq" adlandırmışdı. Fanat.az xəbər verir ki, Karaqanda təmsilçisi xüsusilə həmyerlimizin qapılarına təyin etdiyi penaltidən şikayətçi idilər.
Oyundan görüntüləri diqqətinizə çatdırırıq.
Penalti epizodunda isə Əliyarın yüksək peşəkarlıq nümayiş etdirdiyini və tamamilə düzgün qərar verdiyini əminliklə söyləmək olar.
Fanat.az