Əliyar Ağayev Tottiyə "sarı" verdi

Əliyar Ağayev Tottiyə "sarı" verdi

Avropa Liqasının qrup mərhələsinin II tura çərçivəsində keçirilən "Roma" - "Astra" oyunu azərbaycanlı futbolsevərlərin də diqqət mərkəzində olub. Fanat.Az xəbər verir ki, İtaliyanın paytaxtında baş tutam görüşü FİFA referimiz Əliyar Ağayev idarə edib.

Ağayev romalıların 4:0 hesabı ilə qalib gəldikləri matçda 3 dəfə əlini cibinə atmalı olub. Həmyerlimiz 2 dəfə qonaqların, 1 dəfə isə meydan sahiblərinin futbolçusuna sarı vərəqə göstərib. O,qarşılaşmanın 30-cu dəqiqəsində meydan sahiblərinin əfsanəvi kapitanı Françesko Tottini də cəzalandırıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər