Əliyar Ağayev Tottini cəzalandırmasından danışdı - MÜSAHİBƏ

Əliyar Ağayev Tottini cəzalandırmasından danışdı - MÜSAHİBƏ

Cümə axşamı Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində baş tutan “Roma” -  “Astra” matçının referisi Əliyar Ağayev, bu gün keçirilən “Neftçi” – “Kəpəz” görüşündə əlavə köməkçi hakim idi. FİFA referisi qarşılaşmadan sonra jurnalistin suallarını cavablandırıb.

 

- Hakim-inspektor bizdən razı qaldığını bildirdi. Qiymət isə 2-3 gün sonra açıqlanır. Nəticə həm federasiyaya, həm mənə gələcək.

- Sizi Çempionlar Liqasının oyunlarında görə biləcəyikmi? Ümumiyyətlə, özünüzü hazır sayırsımızmı?

- Bu sualı çox verirlər. Çempionlar Liqasının oyununu idarə etmək üçün  -ci kateqoriya olmalıyam. Məqsəd ora yüksəlməkdir. Oyun versələr, çalışaram özümü doğruldam.

- Sizin üçün hakimliyin pik nöqtəsi hansı oyunu idarə etməkdir?

- Hər bir hakimin, hər bir oyunçunun arzusu dünya və Avropa çempionatının final mərhələsidir. Bunu hər kəs istər.

- Özünüzə kumir seçdiyiniz referi var?

- Xeyr, amma hər hakimdən özümüzə nəsə götürməyə çalışırıq.

- Sosial şəbəkələrdə sizin “Roma”nın əfsanəvi kapitanı Françesko Tottiyə sarı vərəqə göstərməyinizlə bağlı zarafatlar edirlər...

- (gülür) Oyundu da, olur belə şeylər. 

- Avropa Liqasının qrup mərhələsindən sonra milli çempionatda əlavə köməkçi hakim olmaq necə bir hissdir?

- Özüm referi kimi meydana çıxmaq istəmədim. Xaqani müəllimə (AFFA hakimlər komitəsinin sədri Xaqani Məmmədovu nəzərdə tutur – red.) dedim ki, yorğunluq var. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər