Əliyar Ağayev ÇSKA - "Bavariya" oyununu idarə edəcək

Əliyar Ağayev ÇSKA - "Bavariya" oyununu idarə edəcək
Azərbaycanlı hakimlər daha bir beynəlxalq oyuna təyinat alıb. Fanat.az xəbər verir ki, ədalət təmsilçilərimiz UEFA Çempionlar Liqasının qrup mərhələsində çıxış edən klubların gənclərdən ibarət komandaları arasında bu mövsümdən etibarən təşkil olunan UEFA Gənclər Liqası turnirinin oyununu idarə edəcək.
Belə ki, turnirin D qrupunda noyabrın 27-də keçiriləcək ÇSKA (Rusiya) - "Bavariya" (Münhen, Almaniya) oyununun baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Mehman Mahmudov kömək edəcəklər.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər