Əliyar Ağayev Rusiya millisinin oyununu idarə edəcək

Əliyar Ağayev Rusiya millisinin oyununu idarə edəcək

Azərbaycanlı FİFA hakimi Əliyar Ağayev növbəti beynəlxalq oyununu idarə edəcək. Fanat.Az xəbər verir ki, həmyerlimiz milli komandaların matçına təyinat alıb.

 

Ağayev sentyabrın 6-da keçiriləcək Rusiya və Qana yığmaları arasında yoldaşlıq oyununda baş hakim olacaq. Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq.

 

Qeyd edək ki, Rusiya – Qana oyunu Moskvadakı “Lokomotiv” stadionunda keçiriləcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər